Bakı Avrasiya Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

10 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetində (BAAU) “TələbəPlus” ilə bağlı məlumat sessiyası keçirilib.

Sözügedən məlumat sessiyanın keçirilməsində əsas məqsəd “TələbəPlus” kartı və onun təqdim etdiyi imkanlar barədə tələbələri daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə həmçinin kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat çatdırmaq idi.

BAAU-nun konfrans zalında təşkil olunan tədbirdə Təhsilin İnkişafı Fondu (TİF), Birbank, “Family School”un nümayəndələri, BAAU-nun inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Tədbirin açılışında BAAU-nun rektorunun köməkçisi Arif Nəcimov, Tədrisin təşkili departamentinin rəhbəri Natella Quliyeva, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı Mütəllim Rəhimov və TİF-in Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxış ediblər. Onlar “TələbəPlus” kartının tələbələr üçün təqdim etdiyi yeni imkanları və faydaları barədə məlumat verərək, layihənin önəmindən söhbət açıblar.

Açılış nitqlərindən sonra TİF-in Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova “TələbəPlus” kartı ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda kartın üstünlükləri, tələbələrə təqdim edilən sosial dəstək imkanları, kartla əlaqəli endirimlər və layihəyə qoşulan dövlət və özəl qurumları barədə məlumat verilib.

Sonra, “Family School”un direktoru Aydan İbadzadə təmsil etdiyi kursun xidmətləri və “TələbəPlus” kartı ilə əldə edilə biləcək xüsusi endirimlər barədə təqdimatla çıxış edib. O, tələbələrə təqdim edilən kartın verdiyi endirim imkanları ilə xarici dil biliklərinin artırılması, müxtəlif sahələrə aid kurslardan faydalana bilinəcəyini diqqətə çatdırıb.

Birbankın korporativ satış meneceri Nərmin İsayeva kartdan istifadə qaydaları, aktivləşdirmə prosesi və keşbek kateqoriyaları barədə ətraflı məlumat verib. Tədbir iştirakçıları kartın təqdim etdiyi bir çox imkanlar haqqında məlumatlanıblar.

Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırlıb.

Tədbirin sonunda BAAU-nun tələbələrinə “TələbəPlus” kartları təqdim edilib, xatirə fotoları çəkilib.

Qeyd edək ki, 2025-ci il 10 yanvar tarixində BAAU ilə Təhsilin İnkişafı Fondu arasında “TələbəPlus” layihəsi üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Bakı Dövlət Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

4 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetində (BDU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

İnfosessiyanın keçirilməsində əsas məqsəd TələbəPlus kartı və onun təqdim etdiyi imkanlar barədə tələbələri daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov qonaqları salamlayaraq, “TələbəPlus” kartlarının ilk istifadəçilərinin məhz BDU tələbələri olduğunu diqqətə çatdırıb. Ramin Səmədov həmçinin, TələbəPlus kartlarının BDU-nun bütün təhsil pillələri üzrə paylanıldığını bildirib. O, universitet olaraq bu təşəbbüsü yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb, Təhsilin İnkişafı Fondu və tərəfdaşlarına təşəkkürünü bildirib.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova təqdimatla çıxış edərək TələbəPlus layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində məlumat verib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

Çıxış edən “Azerconnect Group”un satış kanalları üzrə direktoru Anar Verdiyev, tələbələrə bir müddət öncə TİF ilə Bakcell arasında TələbəPlus kartı ilə bağlı əməkdaşlıq müqaviləsinin imzalandığını bildirib. Əməkdaşlıq çərçivəsində TələbəPlus kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusunun təqdim edildiyini bildirən Anar Verdiyev, bu təşəbbüsün onların təhsil prosesində daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacağını vurğulayıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub. Təhsilin İnkişafı Fondunun nümayəndələri Aysel Məhərrəmova, Vəli Babayev və  “Bakcell”in Layihə inkişafı üzrə mütəxəssisi Hacı Qafarov tələbələrin suallarını ətraflı cavablandırıblar.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Bakı Slavyan Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Martın 18-də Bakı Slavyan Universitetində (BSU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Nigar Babayeva iştirakçıları salamlayaraq, BSU ilə TİF arasında əməkdaşlığın ötən ilin sentyabr ayında imzalanan rəsmi müqavilə əsasında həyata keçirildiyini qeyd edib. O, BSU-nun TİF-lə artıq üçüncü layihəsini icra etdiyini vurğulayaraq, bu əməkdaşlığın tələbələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.

Nigar Babayeva çıxışında Təhsilin İnkişafı Fondunun tələbələrə hər zaman dəstək göstərdiyini və onlar üçün yeni imkanlar yaratdığını bildirib. O, Fondun bu təşəbbüslərinə görə təşəkkürünü ifadə edərək, gələcəkdə də uğurlu əməkdaşlığın davam edəcəyinə əminliyini ifadə edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova TələbəPlus layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib.
Xanım Daşdəmirova layihənin gələcək perspektivlərindən danışaraq, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib.

Tədbirdə çıxış edən “Fibonaççi” intellektual oyunlarının təsisçisi və direktoru Sənan Mahmudov öz uğur hekayəsi və bu yolda qazandığı təcrübədən bəhs edərək, tələbələri motivasiya edən təqdimatla çıxış edib.
Sənan Mahmudov “Fibonaççi” oyunlarının yaranma ideyası, bu yolda atdığı inovativ addımlar barəsində tələbələri məlumatlandıraraq, TələbəPlus ilə əməkdaşlıq çərçivəsində tələbələrə 75% endirimin təklif edildiyini vurğulayıb və onları bu imkandan faydalanmağa dəvət edib.

Tədbir sual-cavab sessiyası ilə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Görüşün sonunda çıxışçılar tələbələri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıblar.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Təhsilin İnkişafı Fondu və “Bakcell” arasında TələbəPlus kartı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Bakcell”in baş icraçı direktoru Klaus Müller imzalayıblar.

Əməkdaşlığın əsas məqsədi tələbələrin rəqəmsal imkanlarını genişləndirmək, onların akademik və şəxsi inkişaflarını dəstəkləmək, eləcə də internetə daha rahat çıxışlarını təmin etməkdir.

İmzalanmış müqaviləyə əsasən TələbəPlus kart istifadəçiləri üçün xüsusi güzəşt və imkanların yaradılması nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində TələbəPlus kart istifadəçilərinə hər ay 5 GB əlavə internet bonusu təqdim ediləcək. Bu bonus tələbələrin təhsil prosesində onlara daha rahat və sərbəst şəkildə onlayn resurslardan istifadə etməsinə imkan yaradacaq.

Bakı Mühəndislik Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Martın 14-də Bakı Mühəndislik Universitetində (BMU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova hər kəsi salamlayaraq, “TələbəPlus” layihəsinin tələbələr üçün əhəmiyyətindən bəhs edib.  O, bu layihənin təhsil alan gənclərin gündəlik xərclərini daha səmərəli şəkildə idarə etmələrinə və müxtəlif endirimlərdən yararlanaraq sosial həyatlarını zənginləşdirmələrinə imkan verəcəyinə inandığını vurğulayıb.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun fəaliyyət istiqamətləri haqqında məlumatları tələbələrə çatdıraraq bildirib ki, qurumun əsas məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir.

Təhsil İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Nərgiz Qədirova “TələbəPlus” layihəsi barəsində geniş təqdimatla çıxış edib. O, “TələbəPlus” kartının məqsədi, funksiyası, tələbələr üçün təqdim edilən endirim və imtiyazlar, TələbəPlus-ın tərəfdaşları haqqında ətraflı məlumat verib. Nərgiz Qədirova vurğulayıb ki, layihə çərçivəsində tərəfdaş şəbəkəsinin genişləndirilməsi, tələbələrin həyat keyfiyyətinin artırılmasına xidmət edən yeni fürsətlərin yaradılması məqsədilə fəal şəkildə işlər davam etdirilir.

“Code Academy”nin Qəbul və Tələbə İşləri Departamentinin rəhbəri Xatirə Cəfərova çıxış edərək, Akademiyanın fəaliyyətindən bəhs edib. O, Akademiyanın tələbələrə proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, kiber təhlükəsizlik, data analitika və digər texnoloji sahələrdə geniş çeşidli kurslar və proqramlar təqdim etdiyini vurğulayıb. “Code Academy”nin Marketinq direktoru Göktuğ Sarı “TələbəPlus” layihəsinin tərəfdaşı olan Akademiyanın 10 illiyi ilə bağlı hazırda kampaniyanın mövcüd olduğunu, bu səbəbdən müraciət edən tələbələrə 10+10 güzəştinin tətbiq edildiyini diqqətə çatdırıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.

Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim sessiyası keçirilib

Təhsilin İnkişafı Fondunun təqaüd proqramlarının iştirakçıları üçün “Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim sessiyası təşkil edilib. Təlim ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dosenti Burcu Ramazanlı tərəfindən aparılıb.

“Sessiya çərçivəsində iştirakçılara Sonlu Elementlər Metodu (Finite Element Method) və Sonlu Həcm Metodu (Finite Volume Method) barədə ümumi məlumat verilib, hər iki metodun tətbiqi və iş prinsipləri haqqında ətraflı izahlar təqdim olunub.Təlim zamanı həmçinin ön emal (preprocessing), həll etmə (solving) və sonraki emal (postprocessing) mərhələləriətraflı müzakirə olunub.

Bundan əlavə, Burcu Ramazanlı öz tədqiqat sahəsi üzrə əldə etdiyi nəticələri iştirakçılarla bölüşüb və impulsun saxlanma qanunu kontekstində Navier-Stokes tənliklərinin həll yollarını təqdim edib. Təqaüdçülər üçün mühəndislik sahəsində simulyasiya texnikalarının praktiki tətbiqini öyrənmək məqsədilə təşkil edilən sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün mentorla görüş təşkil edilib

Təhsilin İnkişafı Fondu və “STP Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə həyata keçirilən “Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün mentorla görüş təşkil edilib.

Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri, Birinci Yüksəliş müsabiqəsinin qalibi Leyla Xəlilova-Rzazadə qadın mütəxəssislərin cəmiyyətin inkişafındakı rolunun əhəmiyyətinə toxunub. O, qadınların iş dünyasında uğur qazanmasının əsas amillərindən birinin öz bilik və bacarıqlarına inam olduğunu vurğulayıb. L.Xəlilova-Rzazadə bildirib ki, qadınlar yalnız mühəndislik sahəsində deyil, müxtəlif ixtisaslarda da böyük uğurlar əldə edə bilərlər.

Leyla Xəlilova-Rzazadə, həmçinin iş həyatında müasir texnologiyalardan və elmi yeniliklərdən xəbərdar olmağın əhəmiyyətini qeyd edərək, iştirakçılara biliklərin davamlı şəkildə yenilənməsinin və öyrənmənin peşəkar inkişafın əsas şərti olduğunu bildirib.

Görüş zamanı gənc mühəndislərlə interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

İkinci “Parla” təqaüd və inkişaf proqramının açılış mərasimi keçirilib

Təhsilin İnkişafı Fondunun NEQSOL Holding ilə əməkdaşlığı çərçivəsində ikinci ildir ki, Azərbaycanda tələbə qızlar üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. Bu il 50 yeni tələbə seçilərək proqrama qəbul olunub, beləliklə ümumi iştirakçı sayı 100 nəfərə çatıb.

Qalib tələbələr 791 ərizəçi arasından seçilib, bu isə ötən ilki 674 müraciətlə müqayisədə daha yüksək rəqabəti əks etdirir. Seçim prosesinin yekun mərhələsində 120 namizədlə müsahibə əsasında 50 nəfər proqrama qəbul olunub. Əvvəlki ildə olduğu kimi, seçim meyarları tələbələrin akademik uğurlarına və sosial-iqtisadi vəziyyətinə əsaslanıb.

Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov “Parla” proqramının dövlət və özəl sektorlarının güclü əməkdaşlığı ilə əldə edilə biləcək uğurun nümunəsi olduğunu bildirib. “Parla”nın qadın tələbələrinin təhsil yolunu daha da zənginləşdirdiyini qeyd edən sədr, proqramın həmçinin onlara peşəkar dünyada uğur qazanmaq və cəmiyyətin inkişafına töhfə vermək üçün yeni bacarıqlar və özünəinam qazandırdığını vurğulayıb.  

NEQSOL Holding Azərbaycanın rəhbəri İmran Əhmədzadə təhsilin həyatları dəyişmək və müsbət təsir yatarmaq gücünə malik olduğuna inandığını bildirib. O, “NEQSOL Holding Azərbaycan”ın bu təşəbbüsə dəstək olmasında əsas məqsədinin tələbələrin parlaması, uğur qazanması və başqalarına ilham verməsi olduğunu deyib. Təhsil və inklüzivliyə sərmayə edərək, cəmiyyətimizin parlaq gələcəyinə töhfə verdiyimizi vurğulayan İ.Əhmədzadə bu yanaşmanın yalnız fərdi inkişafı deyil, eyni zamanda daha geniş bir cəmiyyətin rifahına və inkişafına töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

“Təhsil və insan kapitalının inkişafı NEQSOL Holding-in korporativ sosial məsuliyyət strategiyasının əsas prioritet sahələridir. Parla proqramı vasitəsilə gənc istedadları yeni bilik, bacarıq və imkanlarla dəstəkləyirik. Təhsilə yatırım davamlı inkişafı təşviq edir, innovasiyanı dəstəkləyir və daha inklüziv bir cəmiyyətin inkişafına töhfə verir,” – NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov adından qeyd edilib.

Tədbirdən sonra Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova tərəfindən proqram iştirakçıları ilə qarşılıqlı əlaqənin qurulmasına və bir-birlərini daha yaxından tanımağa kömək edən interaktiv oyunlar keçirilib.

Xatırladaq ki, “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində iştirakçılar təhsil aldıqları müddət ərzində təqaüd almaqla yanaşı, ingilis dili kursları, IELTS imtahanına hazırlıq və imtahanın ödənişi, təcrübə proqramları, mentorluq, master-klasslar, eləcə də NEQSOL Academy vasitəsilə dünyanın aparıcı universitetlərinin onlayn proqramlarına və LinkedIn Learning platformasının alətlərinə çıxış əldə edirlər.

Azərbaycan Texniki Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Martın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

İnfosessiyanın keçirilməsində əsas məqsəd tələbələri TələbəPlus kartı və onun təqdim etdiyi imkanlar barədə daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova təqdimatla çıxış edərək TələbəPlus layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində məlumat verib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib. Aysel Məhərrəmova çıxışının sonunda TələbəPlus kartının tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcəyini,  gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradılacağını diqqətə çatdırıb.

Çıxış edən “Family School” tədris mərkəzinin direktoru Aydan İbadzadə, tələbələrə mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, “Family School” tədris mərkəzinin tələbələrə ingilis dili təhsili, xaricdə təhsil imkanları, mütəxəssis hazırlığı və beynəlxalq sertifikatlaşdırma üzrə müxtəlif proqramlar təklif etdiyini qeyd edib. Aydan İbadzadə, “Family School” tədris mərkəzinin TələbəPlus təşəbbüsünün tərəfdaşı olaraq, tələbələrə bu sahələrdə 10% endirim təklif etdiyini vurğulayıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub. Təhsilin İnkişafı Fondunun nümayəndələri Aysel Məhərrəmova və Vəli Babayev tələbələrin suallarını ətraflı cavablandırıblar. Sual-cavab sessiyası zamanı tələbələr TələbəPlus kartının hansı yeni tərəfdaşlarla əməkdaşlığa başladığını və gələcəkdə hansı yeniliklərin gözlənildiyini öyrəniblər. Məlumat verilib ki, bu yaxınlarda kartın təqdim etdiyi endirim şəbəkəsinə daha bir neçə yeni partnyor şirkət qoşulub, bu da tələbələr üçün əlavə üstünlüklər yaradacaq.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib

Martın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) TələbəPlus kartı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Fikrət Rzayev qonaqları salamlayaraq “TələbəPlus” layihəsinin tələbələr üçün yaratdığı imkanların əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu kart tələbələrə müxtəlif güzəştlər və üstünlüklər təqdim etməklə yanaşı, onların akademik və sosial həyatını daha da asanlaşdırmağa xidmət edir. Prorektor universitet olaraq bu təşəbbüsü yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb, Təhsilin İnkişafı Fondu və tərəfdaşlarına təşəkkürünü bildirib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müavini Xanım Daşdəmirova TələbəPlus layihəsinin yaranma ideyasını və məqsədini təqdim edərək, layihənin tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıdığını bildirib. X.Daşdəmirova əməkdaşlıq müqaviləsi imzalanmış 23 universitet üzrə bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan 190000 tələbənin TələbəPlus kartı ilə təmin edilməkdə  olduğunu diqqətə çatdıraraq, bu siyahıya Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda yerləşən ali təhsil müəssisələrin də daxil olduğunu bildirib.

Daha sonra, “Code Academy”nin Qəbul və Tələbə İşləri Departamentinin rəhbəri Xatirə Cəfərova çıxış edərək, akademiyanın fəaliyyətindən bəhs edib. O, akademiyanın tələbələrə proqramlaşdırma, dizayn, rəqəmsal marketinq, kiber təhlükəsizlik, data analitika və digər texnoloji sahələrdə geniş çeşidli kurslar və proqramlar təqdim etdiyini vurğulayıb. Xatirə Cəfərova, “Code Academy”nin “TələbəPlus” layihəsinin tərəfdaşı olaraq, tələbələrə sadalanan kurslardan daha əlverişli şərtlərlə yararlanma imkanı yaratdıqlarını qeyd edib. O, bu əməkdaşlığın tələbələrin təhsil həyatını daha əlçatan və səmərəli etməyə xidmət etdiyini bildirib.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunaraq tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, TələbəPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.