Struktur

Rəhbərlik

Elnur Nəsibov
İdarə Heyətinin sədri

Elnur Ramiz oğlu Nəsibov 12 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.

1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 1999-cu ildə Beynəlxalq Münasibətlər üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb.

2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirib.

2008-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən Siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.

2003-2005-ci illərdə Xəzər Universiteti, 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər nəzəriyyəsi fənnini tədris edib.

Bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən Beynəlxalq Əmək Təşkilatının Azərbaycan və Özbəkistanda yerləşən ofislərində müxtəlif vəzifələrdə çalışıb, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktor müavini vəzifəsində çalışıb.

Hal-hazırda Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifələrini icra edir.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. 3 övladı var.