Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 5-də Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu keçiriləcək.

Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, T-Network, ARTİ və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda baş tutacaq.

Beynəlxalq forumun baş sponsorları XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, BP şirkəti, gold sponsoru isə “Landau School” Təhsil Kompleksidir.

Forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçən şəxslərin onlayn iştirakı üçün link göndəriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://forms.gle/eXDG5VCrUz9tATST6

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Heydər Əliyev İli”nə həsr edilən Beynəlxalq Forum Ulu Öndərin “Mən müəllimdən yüksək ad tanımıram” ideyasını rəhbər tutur.

“Daha təhsilli gələcək” devizi ilə Beynəlxalq Müəllimlər Günündə baş tutacaq forum effektiv öyrənmə mühiti, yeni dövrdə öyrənmə mədəniyyəti, real dünyanın təhsildən tələbləri və oxu savadlılığı mövzularını əhatə edəcək.


Müzakirə sualları:

Forum çərçivəsində “Daha təhsilli gələcək üçün hansı çağırışlar var? Şagirdlərin smartfonlarından daha ağıllı olması üçün nə etməliyik? İnternetə qoşulmuş şagirdlərin müəllimlərindən əsas gözlənilər nələrdir? Liderləri yetişdirən müəllimləri lider kimi yetişdirmək üçün nələr edilməlidir? Öyrənənlərin özlərini məktəbə aid hiss edəcəkləri effektiv öyrənmə mühiti necə yaradılmalıdır? Yeni dövrün öyrənmə mədəniyyətinin özünəməxsusluğu nədir və bu xüsusiyyətlər təhsil prosesində hansı dəyişikliklər yaradır? Şagird və valideynlərin başqalarının sürətinə yox öz sürətlərinə uyğunlaşması üçün təhsil mühitində hansı redaktələrə ehtiyac var? Oxu savadlılığını təkmilləşdirmək üçün hansı addımlar atılmalıdır?” sualları müzakirə olunacaq.

Spikerlər:

Forumda İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və Bacarıqlar üzrə direktoru Andreas Şleyxer, “Maya” Məktəblər Şəbəkəsinin qurucusu, Türkiyənin sabiq milli təhsil naziri, professor Ziya Selçuk, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva, BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Harvard Universitetinin professoru və Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers, yazıçı, psixoloq, Türkiyədə və İtaliyada bestseller müəllifi Azra Kohen çıxış edəcəklər.

“4Sİ Akademiyası” layihəsi çərçivəsində görüş keçirilib

30 avqust 2023-cü il tarixində Təhsilin İnkişafı Fondunun əməkdaşları “4Si Akademiyası” layihəsi üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüşüblər.

Görüşdə “Coursera” şirkətinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən həyata keçirilən və yaxın müddətdə planlaşdırılan layihələrdən söz açıb. E.Nəsibov həmçinin qonaqları bu il ilk dəfə keçiriləcək “Təhsilin İnkişafı Forumu”na dəvət edib.

Görüşün gedişatında “4Sİ Akademiyası” layihəsinin cari vəziyyəti, müraciətlər, kvotalar, iş bölgüsü və görüləcək işlər barədə ətraflı müzakirələr aparılıb.

Görüşdə həmçinin qurumlar arasında növbəti əməkdaşlıq perspektivlərinə toxunulub.

“4SİAkademiyası” layihəsi çərçivəsində təlimlərə qeydiyyat başladı

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı ilə yaradılan “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçiriləcək təlimlərə qeydiyyat başlanıb.

7 sentyabr 2023-cü il tarixinə qədər qeydiyyatdan keçməklə ilk müraciət edən 10 minə yaxın şəxs Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını 700-dən çox pulsuz təlimlərə qatılmaqla artıra biləcək.

Qeydiyyat üçün link: https://4sim.gov.az/en/applicationForm

Qeydiyyat üçün son tarix:  07.09.2023

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

“4Sİ Akademiyası” layihəsi

“4Sİ Akademiyası” pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

“4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

“4Sİ Akademiyası” layihəsinə start verilir

“4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və ABŞ-nin “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilir.

“Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursların tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın dünyanın ən nüfuzlu universitetlərinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada həmçinin, Google, IBM, Microsoft, Amazon, Meta kimi qabaqcıl texnologiya şirlətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.

Proqram dövründə tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən Süni İntellekt, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaqdır.

Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

Pilot layihə çərçivəsində müraciətlərin qəbulu 23 avqust 2023-cü il tarixindən başlayacaq, 7 sentyabr 2023-cü il tarixində isə başa çatacaqdır. Seçilmiş 10 minə yaxın şəxs 15 sentyabr 2023-cü il tarixindən etibarən 1 il ərzində dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından  6 həftə ərzində növbəli şəkildə ödənişsiz təhsil almaq imkanı əldə edəcəkdir.

Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.

“Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı

Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının birgə tərəfşdalığı ilə təsis edilib.

Təqaüd proqramının əsas məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının birgə tərəfşdalığı ilə təsis edilib.

Təqaüd proqramının əsas məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır.

Təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaqdır. Proqrama Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında olan qadınlar müraciət edə bilərlər.

Təqaüdlər bu istiqamətlər üzrə təlimlərdən bəhrələnəcək xanımlara veriləcək:

“Data analitik”, “Back end development”, “Front end development”, “Mobil tətbiqlər”, “Web development”, “DevOps”, “SQL programlaşdırma”, “Kiber təhlükəsizliyi”, “QA”, “UI/UX Design”, “Graphic Design”; “Rəqəmsal Marketinq”, “Biznes analiz”, “Agile Project management” proqramları və s.

“StudentFest2023” tələbə düşərgəsinin rəsmi açılış mərasimi baş tutub

Elm və Təhsil Nazirliyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “StudentFest2023” tələbə düşərgəsinin rəsmi açılış mərasimi baş tutub.

Düşərgənin açılış mərasimində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova iştirak edib.

Qonaqlar tələbələri salamlayaraq, sertifikasiya prosesində, müəllimlərin işə qəbulu müsabiqəsində, həmçinin digər tədbirlərdə göstərdikləri dəstək üçün könüllülərə xüsusi təşəkkürlərini bildiriblər. Tələbələrin şəxsi inkişafı və uğurlu sosial münasibətlərinin qurulmasında bu bu cür düşərgələrin böyük əhəmiyyəti olmasından bəhs edilib.

Çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyəti və icra etdiyi layihələr barəsində tələbələri məlumatlandırıb, gənclər üçün maraq doğura biləcək fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi edib. Tələbələr universitetlərə işəgötürənlərin və sənaye nümayəndələrinin cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığı, tələbələr üçün təcrübə və iş proqramlarının həyata keçirilməsi, dil təcrübə imkanları, oxu klublarının yaradılması və digər istəklərini bildiriblər.

Günün ikinci yarısında düşərgə iştirakçıları voleybol, futbol və basketbol kimi müxtəlif idman növlərində bir-birləri ilə yarış keçiriblər. Düşərgənin ilk gününün sonunda isə iştirakçılar üçün əyləncəli musiqili proqram təşkil olunub.

Təhsilin İnkişafı Fondu İKT sahəsində ixtisaslaşmış şirkətlər ilə görüş keçirib

İyulun 18-də Azərbaycan Texniki Universitetində (AzTU) yerləşən universitet-sənaye işbirliyi mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlər ilə görüş keçirilib. Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulması, həmçinin sənaye nümayəndələrinin Təhsilin İnkişafı Fondu (TİF) və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı haqqında məlumatlandırılmasıdır.   

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “Universitet-sənaye işbirliyi və İT” mövzusunda təqdimatla çıxış edib. Rektor bildirib ki, universitet-sənaye işbirliyinin inkişafı sahibkarlıq universiteti modelinin formalaşdırılması üçün imkan yaradır. Bu işbirliyində İT sektorunun inkişafı da mühüm amildir. Bunun üçün öyrətmə prosesi kamil olmalı, universitet-sənaye işbirliyini dəstəkləyən innovasiya ekosistemi yaradılmalı, mühəndislik istiqamətində həyata keçirilən tədris prosesi proqram təminatı vasitəsilə aparılmalı, İT təşkilat və şirkətləri ilə əməkdaşlıqlar qurulmalıdır.

Daha sonra çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdırıb. TİF İdarə Heyətinin sədri müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye nümayəndələrinin iştirakının vacib rol oynadığını bildirib. Universitet-sənaye işbirliyinin başlıca hədəflərindən biri insan kapitalının inkişafıdır. Bu əməkdaşlıq həm tərəfdaş müəssisələrin mövcud heyətinin, həm də iş həyatında ilk addımlarını atan tələbələrin təlimləndirilməsinə və təcrübə qazanmasına dəstək ola bilər. Ən mühim dəyər isə yaranacaq innovativ ideyaların məhsullara və xidmətlərə çevrilə bilməsidir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov beynəlxalq konsaltinq şirkəti olan “Accenture” şirkətinin araşdırmasından maraqlı məlumatı görüş iştirakçıları ilə paylaşıb. Şirkət, dünyada qızların İKT sahəsinə marağının az olması səbəblərini araşdırıb. Birinci səbəb İT və STEM sahəsinin kreativliyinin az olması, ikinci səbəb isə İT sahəsində müəllimlərin 70%-nin kişilərdən ibarət olmasıdır. Bu stereotip təhsilalanlara 4-cü sinifdən sonra təsir etməyə başlayır. V. Xanlarov bu məsələnin həllinin İT təhsilinin kütləvi və hər kəsə əlçatan olmasında gördüyünü vurğulayıb.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var. Bu cür proqramların olmasının ölkəmizin imici üçün də vacib olduğunu qeyd edib. L.Seyidzadə təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib. Bildirilib ki, əsas məqsəd qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır. Təqaüd fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaqdır. Proqramda iştirak üçün Azərbaycan vətəndaşı olan 15 – 40 yaş aralığında olan qadınlar müraciət edə bilər.

Sənaye və biznes nümayəndələri tədbirdə fəal iştirak ediblər. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov, “Edumedia Azərbaycan” MMC-nin rəhbəri Orxan Abbasov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Azerbaijan Global İT Technology” şirkətinin icraçı direktoru Rəşad Əhmədov, “CAE” MMC-nin rəhbəri Rahim Xasıyev, “BestComp Group” MMC-nin  insan resursları şöbəsinin rəhbəri Fuad Qənbərov və digər nümayəndələr bir sıra maraqlı suallar və təkliflər səsləndiriblər.

Yekunda TİF sədri E.Nəsibov universitet-sənaye işbirliyi çərçivəsində dövlət-özəl təşkilatlar arasında dialoqun və tərəfdaşlığın davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb və bütün iştirakçılara təşəkkürünü bildirib.

Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti ABB Tech Akademiyası və ABB İnnovasiyaMərkəzinin qonağı olub

Təhsilin İnkişafı Fondunun nümayəndə heyəti ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzinin qonağı olub.

ABB-nin İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov hər iki qurumun fəaliyyəti, gələcək planları, İnnovasiya Mərkəzinin inkubasiya proqramları, rezidentlərin əldə etdikləri nəticələr, Akademiyanın təlim proqramları, məzunları, onların uğur hekayələrindən danışıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdıraraq bildirib ki, qurumun məqsədi ölkəmizdə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələri dəstəkləmək, təhsilin və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirməkdir. E.Nəsibov universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, peşəkar kadr hazırlığının təmin olunması və innovasiya sisteminin inkişafı istiqamətində ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini qeyd edib.

Görüşün gedişatında iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

“Green Energy” Startup PitchFest layihəsi baş tutub

Bakı Gənclər Mərkəzinin və “MLK Tech Group” MMC şirkətinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun birgə tərəfdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar  “Green Energy” Startup PitchFest layihəsi baş tutub.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ceyhun Məmmədov, Vüqar İskəndərov, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, “MLK Tech Group” MMC şirkətinin təsisçisi və direktoru Mələk Mahmudova, ictimaiyyət, media nümayəndələri və gənclər iştirak ediblər.

Aparıcı Günay Talıbovanın moderatorluğu ilə baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirin ilk hissəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, “MLK Tech Group” MMC şirkətinin təsisçisi və direktoru Mələk Mahmudova çıxış edərək tədbirin məqsədi və hədəfləri haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Daha sonra tədbirin qonaqları “Green Energy” Startup PitchFest layihəsi və gənclərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Startup PitchFest-in qeydiyyat mərhələsi 10.06.2023 tarixində başlamış 27.07.2023 tarixində bitmişdir. Bu müddət ərzində yarış üçün 96 komanda qeydiyyatdan keçib. Yüksək potensiallı 20 komanda seçilərək Startup Pitchfest-də iştirak hüququ qazanıb.

Komandalar “Alternativ enerji”, “Yaşıl enerji”, “Enerji sərfiyyatı və idarəetmə” “Yenilənən enerji istehsalı”, “Ağıllı şəbəkələr”, “Enerji saxlanması” mövzuları üzrə öz startap ideyalarını münsiflər heyətinə təqdim ediblər.