Təhsilin İnkişafı Fondu və “STP Şirkətlər Qrupu”nun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün “İqlim dəyişikliyi və Azərbaycan” mövzusunda məlumat sessiyası təşkil olunub.
Ətraf mühit üzrə ekspert Tural Məhərrəmov tərəfindən keçirilən təlim zamanı əsas diqqət iqlim dəyişikliyi və Azərbaycanda bu sahədə görülən işlərə yönəlib . Belə ki, təlim zamanı iqlim dəyişikliyinə təsir edən əsas səbəblər, istilik effekti yaradan qazlar və onların törətdiyi fəsadlar haqqında məlumat verilib, eləcə də bu təsirlərin aradan qaldırılması mövzusunda fikir mübadiləsi aparılıb.
Fərdi “Karbon ayaq izi”nin hesablanması üzrə nümunələr göstərən ekspert həmçinin “Dayanıqlı İnkişaf Məqsədləri”nin önəmi və bu məqsədlərə çatmaq üçün görülməsi vacib olan tədbirlər üzrə beynəlxalq praktikalar haqqında ətraflı danışıb.
Təlim tələbə qızlar tərəfindən çox böyük maraqla qarşılanıb. Sessiyanın sonunda iştirakçılar ilə interaktiv fəaəliyyətlər keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.