“Texnologiya transferi” layihəsi qaliblərinin təqdimat tədbiri keçirilib

10 Oktyabr 2025

10 oktyabr tarixində Yüksək Texnologiyalar Parkı, Təhsil İnkişafı Fondu və “SABAH.HUB” şirkətinin nümayəndələrinin iştirakı ilə “Texnologiya transferi” layihəsi qaliblərinin təqdimat tədbiri baş tutub.

Tədbir çərçivəsində qalib komandalar öz layihələrini təqdim edərək, prototiplərini nümayiş etdiriblər. Təqdimatlar zamanı iştirakçılar tərəfindən layihələrin texniki və innovativ tərəfləri ilə bağlı geniş məlumat verilib, həmçinin mövcud nəticələr və qarşıdakı mərhələlər ətrafında müzakirələr aparılıb.

Görüşün məqsədi layihələrin hazırkı inkişaf mərhələsini qiymətləndirmək, növbəti addımları müəyyənləşdirmək və tərəfdaş qurumlar arasında əməkdaşlığın gücləndirilməsini təşviq etmək olub.