“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları üçün “Yaradıcı düşüncə” mövzusunda təlim təşkil edilib

29 Sentyabr 2025

Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə birgə tərəfdaşlığı nəticəsində həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramı istedadlı qızların akademik və peşəkar inkişafını dəstəkləyir. Proqram iştirakçılarına təqaüdlə yanaşı, təcrübə proqramları və mentorluq imkanları da təqdim olunur.

Bu istiqamətdə təqaüdçü qızlar üçün “Azerconnect Group”un dəstəyi ilə təşkil olunan və Elnarə Məcidova tərəfindən təqdim edilən “Yaradıcı düşüncə” mövzusunda faydalı təlim sessiyası keçirilib.

Təlimin məqsədi iştirakçıların yaradıcılıqlarını stimullaşdırmaq, onlara çətinliklərə alternativ yanaşma formalaşdırmaq və müxtəlif sahələrdə innovativ həll üsullarını tətbiq etməyi öyrətmək olub.