“Parla” təqaüd və inkişaf proqramı çərçivəsində növbəti təlim “Müasir biznesdə ünsiyyətdən əlaqəyə: yeni korporativ üstünlük” mövzusunda keçirilib.
İnteraktiv sessiya müasir biznes mühitində ənənəvi ünsiyyətdən kənara çıxaraq səmimi və dəyər yaradan əlaqələrin qurulmasının əhəmiyyətinə həsr olunub. İştirakçı qızlar effektiv interpersonal bacarıqlar, etimadın formalaşdırılması, eləcə də güclü əlaqələrin əməkdaşlığın, liderliyin və peşəkar təsirin artırılmasındakı rolu barədə dəyərli biliklər əldə ediblər.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində keçirilən “Parla” təqaüd və inkişaf proqramı təqaüd, təcrübə və mentorluq imkanları vasitəsilə gənc qızların akademik və peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.




