“Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsi Təhsilin İnkişafı Fondunun təşkilatçılğı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub.
Müsabiqənin əsas məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.
2 mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində Azərbaycanın 28 özəl və dövlət ali təhsil müəssisəsindən 150 müraciət daxil olub.
Tələbələr “İnklüziv təhsilin İnkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər:
I mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimat mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndirilib.
II mərhələdə iştirak hüququnu qazanan 11 nəfər finalçı isə təkliflərini peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediblər.
II mərhələnin meyarları üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olub.
Mükafatlandırılma aşağıdakı formada aparılıb:
I yer – 1000 AZN
II yer – 750 AZN
III yer – 500 AZN