5 noyabr tarixində Təhsilin İnkişafı Forumunda iştirak edən könüllülər Təhsilin İnkişafı Fondunun qonaqları olublar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edərək, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin könüllülərinə Təhsilin İnkişafı Forumu zamanı göstərdikləri dəstəyə görə təşəkkür edib, onlara fəaliyyətlərində müvəffəqiyyətlər diləyib.
Müzakirələrlə davam edən görüşün sonunda könüllülər 8 oktyabr 2024-cü il tarixində ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumunda aktiv könüllü fəaliyyətinə görə təltif ediliblər.
Xatırladaq ki, “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə təşkil olunan forumun keçirilməsində əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdir. Forum hər il dövlət-özəl tərəfdaşlığı, təhsilin iqtisadiyyata inteqrasiyası və universitet-sənaye əməkdaşlığına dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.