23 oktyabr 2024-cü il tarixində Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə 8, 9, 10, 11-ci sinif şagird qızlar üçün “Bəxtini özü yazan qadınlar” layihəsi həyata keçirildi.
Görüşün qonaqları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Nigar Ələsgərova oldu.
Qonaqlar motivasiya çıxışları edərək məktəbli qızlarla öz təcrübələrini və tövsiyələrini bölüşüblər. Şagirdlərə doğru peşə və ixtisas seçiminin edilməsi, universitetə qəbul olduqdan sonra fəal tələbəlik həyatının olması üçün tövsiyələr verilib, uğur qazanmaq üçün disiplinli olmağın önəmi vurğulanıb.
“Bəxtini özü yazan qadınlar” layihəsi məktəbli qızların gələcək həyatına, seçimlərinə dəstək olmaq, gələcəyin ziyalı xanımlarınının formalaşdırılmasına dəstək məqsədilə həyata keçirilir.
Sözügedən layihə Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbinin tarix müəllimi Afət Nəbiyevanın təşəbbüsü ilə həyata keçirilib.