Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin əmri ilə 17 mart 2022-ci il tarixdə Elnur Ramiz oğlu Nəsibov Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bundan əvvəl E.Nəsibov Təhsil Nazirinin müşaviri, ona qədər isə Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev 2021-ci il iyulun 14-də “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında” Fərman imzalayıb.