Təhsilin İnkişafı Fondu və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası arasında əməkdaşlıq görüşü keçirilib. Hər iki tərəf birgə əməkdaşlıq perspektivlərini və bu vaxta qədər həyata keçirilmiş layihələr haqqında məlumat mübadiləsi aparıb.
Görüşün əsas mövzuları tanışlıq, əməkdaşlıq imkanlarının araşdırılması və TələbəPlus kartı ilə bağlı mümkün əməkdaşlıq istiqamətləri olub. Bu görüş, hər iki qurumun qarşılıqlı əməkdaşlığı gücləndirmək və tələbələr üçün yeni imkanlar yaratmaq istiqamətində əhəmiyyətli addımlar atmağı hədəfləyir.
Görüş zamanı Fondun faktiki həyata keçirdiyi və planladığı layihələr müzakirə olunub. Xüsusilə dövlət-universitet-sənaye tərəfdaşlığı çərçivəsində birgə həyata keçirilə biləcək yeni layihələr barəsində fikir mübadiləsi aparılıb.