15 fevral 2024-cü il tarixində Azərbaycan Milli Konservatoriyasında Təhsilin İnkişafı Fondu ilə görüş keçirilib. Görüşün məqsədi qurumlar arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi olub. Görüşdə Xalq Artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Universitetin nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi qonaqları salamlayıb və Azərbaycan Milli Konservatoriyasında görməkdən məmnun olduğunu bildirib. Rektor konservatoriyanın 24 illik fəaliyyəti haqqında məlumat verib, onun strateji məqsədləri və hədəflərindən danışıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun yaradılması, məqsədləri, missiyası barəsində ətraflı məlumat verib. Sədr ali təhsil müəssisələri ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanları barəsində bəhs edib.