Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramının qaliblərinin adları açıqlandı.
Qaliblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, təqaüd proqramına ümumilikdə 306 nəfər müraciət edib, bütün seçim şərtlərinə cavab verən 69 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb.
600-dən yuxarı bal toplamış, I kursda bakalavriat təhsili alan 68 tələbə, sosial vəziyyəti, dərsdənkənar fəaliyyətləri, tələbə həyatı ilə bağlı müsahibə olunub. Bütün mərhələlərdən uğurla keçən 23 tələbə “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramının qalibi olub.