“Maya Hacıyeva adına İKT Bacarıqları” təqaüd proqramının ilk iştirakçılarının məzun günü baş tutub. Proqram çərçivəsində 2 ay ərzində “QA tester” və “Rəqəmsal Marketinq” sahələri üzrə təhsil alan gənclər uğurla təhsillərini başa vuraraq sertifikatlarını əldə ediblər.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Maya Hacıyeva adına İKT Bacarıqları” təqaüd proqramının təsis məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasıdır. Layihə Azərbaycan vətəndaşı olan 15-40 yaş arası xanımların İKT sahəsində yeni bilik və bacarıqlar əldə etməsinə yönəlmişdir.