“Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramının qaliblərinin adları açıqlandı.
Layihəyə ümumilikdə 482 müraciət daxil olub. Müraciət ərizələri təşkilat komitəsi tərəfindən baxılaraq, uyğun namizədlər (115 nəfər) tərəfdaş tədris müəssisələri tərəfindən təşkil edilən müvafiq proqram üzrə imtahanda iştirak edib. İmtahandan məqbul nəticə əldə edən şəxslər yekun mərhələdə – müsahibədə iştirak haqqı qazanıblar. 70 nəfər imtahandan məqbul nəticə əldə edən şəxslər yekun müsahibə mərhələsinə qoşulub. Həmin mərhələni uğurla yekunlaşdıran 30 nəfər isə təqaüd almaq imkanı qazanıb.
30 nəfər qalibin 7-si işsiz, 8-i işləyən şəxs, 17 nəfər isə tələbə adını daşıyır.
7 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, 3 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinin, 2 nəfər Milli Aviasiya Akademiyasının, 1 nəfər Dövlət İdarəçilik Akademiyası, 1 nəfər isə Azərbaycan Dillər Universitetinin tələbəsidir.
Qaliblər siyahısı ilə keçidə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3Rhtf1Z
Xatırladaq ki, təqaüd proqramının təsis məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasıdır. Layihə Azərbaycan vətəndaşı olan 15-40 yaş arası xanımların İKT sahəsində yeni bilik və bacarıqlar əldə etməsinə yönəlmişdir.
Təqaüd proqramı müasir texnologiyalar sahəsində ixtisas təlimləri verən yerli kurs və akademiyalarda tədris haqqını qarşılamaqla, xanımların əmək bazarında ən çox ehtiyac duyulan peşələr üzrə biliklərə yiyələnmələrinə şərait yaradır.