Study in Azerbaijan

23 Aprel 2025

“Study in Azerbaijan” layihəsinin əsas məqsədi Azərbaycanda ali təhsil almaq istəyən əcnəbi tələbələrə müvafiq məlumat və dəstək təqdim etməkdir.

“Study in Azerbaijan” layihəsi üzrə statistik göstəricilərə əsasən, 11 ölkədən əcnəbi tələbələr proqramda iştirak edir. Ölkələr üzrə bölgüdə Pakistan, Rusiya, Türkiyə, Hindistan, Qazaxıstan, Ukrayna, Gürcüstan, Mərakeş, Kosta-Rika, İordaniya və Tacikistan gəlir.

Bundan əlavə, layihə çərçivəsində Pakistan, Banqladeş, İndoneziya və Azərbaycandan olan 5 təhsil agentliyi ilə müqavilələr imzalanaraq beynəlxalq tələbələrin cəlb olunması daha da gücləndirilib.