“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı

22 Aprel 2025

2024-cü ilin noyabr ayında Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun məqsədi təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələr üzrə əməkdaşlığın qurulması, eləcə də tələbələr üçün uzunmüddətli təqaüd proqramının təsis edilməsi və həyata keçirilməsidir.

Sözügedən Memorandum çərçivəsində “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı təsis edilib. Proqram 600-dən yuxarı bal toplamış, ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursunda bakalavriat təhsili alan və aztəminatlı ailələrdən olan tələbə oğlan və qızlar üçün nəzərdə tutulub. Proqram çərçivəsində bütün mərhələlərdən uğurla keçən 23 tələbə 2025-ci ildən etibarən təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edirlər.


Təqaüd proqramına ümumilikdə 306 nəfər müraciət edib, bütün seçim şərtlərinə cavab verən 69 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb.
Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramının əsas məqsədi savadlı və istedadlı gənclərin inkişafına dəstək olmaq, gələcəkdə cəmiyyətə faydalı vətəndaşlar yetişdirməkdir.