“Peerstack Academy” layihəsi “NEQSOL Academy”, Təhsilin İnkişafı Fondu və “Technology SNI”nin birgə tərəfdaşlığı ilə həyata keçirilən, Azərbaycanda innovativ və müasir tədris yanaşmaları təqdim edən İT təhsil layihəsidir. Layihə “peer-to-peer” öyrənmə modelinə əsaslanır və bu xüsusiyyəti ilə seçilir.
“Peerstack Academy”nin tədris metodikası dünya üzrə tanınan “Qwasar Silicon Valley” platforması üzərində qurulub və iştirakçıların qarşılıqlı əməkdaşlıq şəraitində bilik və bacarıqlarını inkişaf etdirməsini nəzərdə tutur. Bu yanaşma tələbələrin komanda ilə işləmə vərdişlərini gücləndirir və tədris proqramının daha səmərəli mənimsənilməsinə şərait yaradır.
Layihə çərçivəsində təhsil haqqının 70 faizədək hissəsi “NEQSOL Academy” tərəfindən qarşılanır.
Tədris proqramı üç əsas istiqamət üzrə həyata keçirilir: Full Stack Developer, Front-end Developer və Back-end Developer.