Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi 2022-ci ildən etibarən sistemli şəkildə həyata keçirilir.
Layihə ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil üzrə bilik və bacarıqlarının gücləndirilməsini, eyni zamanda onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsi məqsədi daşıyır.
2026-cı ildən etibarən layihədə iştirak üçün namizədlərdən IELTS imtahanı üzrə minimum 7.0 və daha yüksək bal toplamaq, həmçinin imtahan nəticəsini əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları universitetə müraciət etmək əsas şərt kimi müəyyən edilib.
Layihə çərçivəsində indiyədək 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanıb: