Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi

“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə 2022-ci ildən etibarən icra olunur.

2022-2023-cü illərdə layihə çərçivəsində IELTS imtahanında iştirak edən və 6.5 və yuxarı bal toplayan 300 nəfər akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Fond tərəfindən qarşılanıb. 2022-2023-cü illərdə layihənin tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Slavyan Universiteti olub.

2024-cü il ərizində Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universiteti ilə layihə çərçivəsində əməkdaşlıq müqavilələri imzalanıb.


İndiyədək, müqavilə şərtlərinə cavab verən 511 nəfərin (31 elmi-pedaqoji heyət üzvü, 480 tələbə) bu imtahan üzrə ödənişləri Fond tərəfindən geri qaytarılıb