“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı

18 Aprel 2025

“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilir.

Təqaüd proqramı çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlar təhsil aldıqları müddət ərzində aylıq 200 manat məbləğində təqaüdlə təmin olunurlar.

2022-2023-cü tədris ilində proqramdan yararlanan tələbə qızların sayı 25 nəfər olub. 2024-cü ildə bu göstərici əhəmiyyətli dərəcədə artaraq 136 nəfərə çatıb. 2025-ci ildə isə seçim meyarlarına uyğun gələn 93 tələbə qız proqrama qəbul edilib. Beləliklə, proqram çərçivəsində təqaüd alan tələbə qızların ümumi sayı 230 nəfərə yüksəlib.