Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, ABŞ-nin “Coursera” şirkəti ilə birgə keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində 1 il ərzində 10000 nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlanıb.
İştirakçılar 32000 saatdan çox videomühazirələrə qatılıb, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4300 beynəlxalq sertifikat əldə ediblər.
4Sİ Akademiyası 2024-cü ilin sentyabr ayında “Coursera” şirkəti tərəfindən keçirilən müsabiqədə 42 ölkə tərəfindən təqdim olunan 180 layihə arasından seçilərək “Süni İntellekt” nominasiyası üzrə “Üstün Nailiyyət Mükafatı”na layiq görülüb.