Təhsilin İnkişafı Fondunun universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılmışdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra olunan layihənin tərəfdaşları Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Slavyan, Bakı Mühəndislik və Sumqayıt Dövlət Universitetləridir.
Layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.
2023-cü il ərzində layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.
2024-cü il ərzində daha 200 nəfərin layihə iştirakçısı olması gözlənilir.