“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verəcək təlim proqramlarına start verildi.
İlk təlim Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin əməkdaşı Rəsul Həşimov tərəfindən “Şəxsi inkişaf və karyera planlaşdırması” mövzusunda olub.
Təlimin keçirilməsində əsas məqsəd qızların karyera planlaması mövzusunda məlumatlandırılması, onlara müasir iş axtarışı bacarıqlarının aşılanmasıdır.
R.Həşimov karyera planlamasının mərhələləri, planlama üsulları və karyera inkişafının addımları barədə ətraflı məlumat verib.
Daha sonra təlim iştirakçılarının öz zəif və güclü cəhətlərini müəyyən etmələri məqsədilə strateji menecmentdə ən effektiv alətlərdən biri olan SWOT (GZİT) təhlili aparılıb.
Tədbir çərçivəsində, həmçinin təlim iştirakçıları ilə müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.