Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində tələbə qızlar ilə növbəti görüş baş tutub.
Görüşdə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayilova, layihənin koordinatoru Fəridə Hüseynzadə və layihə çərçivəsində təqaüd proqramına cəlb olunan yüksək akademik göstəricilərə malik tələbə qızlar iştirak ediblər.
Görüşün məqsədi tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verəcək təlim proqramlarının müəyyən olunması, bu istiqamətdə müvafiq işlərin planlaşdırılmasıdr.
Müzakirələr çərçivəsində tələbə qızlar təhsildəki uğurları, gözləntiləri və gələcək planlarını Fond nümayəndələri ilə bölüşüblər, göstərilən qayğıya və onların gələcəyi üçün bu faydalı təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.