Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində regionlardan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan 25 nəfər qızın təhsilinə dəstək göstərilir.
Layihənin məqsədi dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək, onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.
Təqaüdçülərin 50 faizi ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 600-dən yuxarı bal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, “ADA” universiteti, “Xəzər” universiteti və Bakı Ali Neft Məktəbinin tələbəsidir.