Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platforması çərçivəsində Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində növbəti görüş keçirilib.
Tədbirdə Təhsilin İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası, “Baku Design Academy”, “Baku Project Management Center”, “Barratson Academy”, “İnnab”, Karyera və İşə Hazırlıq Mərkəzi, “BRIDGE Academy Baku”, “Gİ Academy”, “Handex.az”, “DİV Academy”, “Codeart”, “3d Academy”, “Mars Academy”, Sahibkarlıq Akademiyası, Dreamlanguage, “Developia.az” və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun məqsədləri, planları və layihələr barədə məlumat verib. Sədr həmçinin görüş iştirakçılarına ATU-da TİF tərəfindən qurulmuş Davamlı İnkişaf Mərkəzi və bu çərçivədə əməkdaşlıq imkanları barədə danışıb.
Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının direktoru Nigar Ələsgərova rəhbəri olduğu Assosiasiyanın universitet-sənaye tərəfdaşlığının inkişafı istiqamətində dəstəklədiyi layihələr haqda məlumat verib. N.Ələsgərova Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığa hazır olduqlarını və yaxın gələcəkdə ilkin əməkdaşlıq tədbiri təklif ediləcəyini bildirib.
İştirakçılar təmsil etdikləri qurumların fəaliyyəti, təlim proqramları haqqında ətraflı müzakirələr aparıb, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq potensialı haqqında müzakirələrdə iştirak ediblər. Növbəti mərhələdə şirkətlər tərəfindən layihə təkliflərinin Fonda təqdim olunması, təhlil edilərək birgə layihələrin icra olunması razılaşdırılıb.