1 dekabr tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbdə şagird və müəllimlər ilə görüş baş tutub. Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, “Inci Group of Companies” şirkətinin nümayəndəsi Vüsal Əliyev, Şamaxı şəhər 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov, TİF Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin məsul əməkdaşı, layihənin koordinatoru Fəridə Hüseynzadə, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
“Inci Group of Companies” şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ümumi ianə ediləcək kitabların sayı 4000 ədəddir.