“Maarifçi” tələbə-məzun təcrübə proqramı

“Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. 

“Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. 

 “Maarifçi” proqramında iştirak üçün elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bu sahənin inkişafına töhfə vermək istəyən, ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər. “Maarifçi” proqramı ildə 2 dəfə olmaqla 3 ay müddətində həyata keçiriləcək. Proqram iştirakçılarına gündəlik yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar verilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyinin Aparatı, tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübə proqramı çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.

Proqramda iştirak üçün tələbə və məzunlar 15 dekabradək https://forms.gle/WiQDuwoKVmrc3eSa6  keçidi vasitəsilə müraciət edə bilərlər.

Seçim prosesi ərizə forması, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarətdir. Mərhələlərdən uğurla keçən namizədin ərizə formasında qeyd etdiyi müvafiq struktur bölməyə yerləşdirilməsi nəzərdən keçiriləcək.

Qeyd edək ki, seçim prosesində uğur qazanan IV kurs tələbələri istehsalat təcrübəsini “Maarifçi” proqramında keçdikdən sonra müvafiq sənədlərlə təmin olunacaqlar. III-IV kurs tələbələri tədris müddətində yarım iş günü, məzunlar isə tam iş günü təcrübə prosesinə qoşulacaqlar.

“4Sİ Akademiyası” layihəsi

“4Sİ Akademiyası” pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

“4Sİ Akademiyası” (Dördüncü Sənaye İnqilabı Akademiyası) pilot layihəsi çərçivəsində 1 il ərzində tədris dili ingilis dilində olmaqla Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsindəki ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşula biləcək.

Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

“Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsi

“Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsi Təhsilin İnkişafı Fondunun təşkilatçılğı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub.  

Müsabiqənin əsas məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.

“Təhsilin İnkişafında İnnovativ Metodlar” müsabiqəsi Təhsilin İnkişafı Fondunun təşkilatçılğı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub.  

Müsabiqənin əsas məqsədi Ulu Öndərin elmə, təhsilə və gənclərə qayğısını rəhbər tutaraq, tələbələrin təhsilin inkişafına töhfə verəcək ideyalarının dəstəklənməsidir.

2 mərhələdən ibarət olan müsabiqəyə 20 gün ərzində Azərbaycanın 28 özəl və dövlət ali təhsil müəssisəsindən 150 müraciət daxil olub.

Tələbələr “İnklüziv təhsilin İnkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi” və “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim ediblər:

I mərhələdə iştirakçılar tərəfindən hazırlanan təqdimat mövzunun aktuallığı, faydalılığı, kontenti və dizaynı kimi meyarlar üzrə qiymətləndirilib.

II mərhələdə iştirak hüququnu qazanan 11 nəfər finalçı isə təkliflərini peşəkar mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediblər.

II mərhələnin meyarları üzrə ən çox bal toplayan ilk 3 finalçı qalib olub.

Mükafatlandırılma aşağıdakı formada aparılıb:

I yer – 1000 AZN

II yer – 750 AZN

III yer – 500 AZN

IELTS imtahanına təşviqlə bağlı layihə

Layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanır.

Təhsilin İnkişafı Fondunun universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsini hədəfləyən layihənin icrasına 2022-ci ilin oktyabr ayından başlanılmışdır.  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra olunan layihənin tərəfdaşları Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Slavyan, Bakı Mühəndislik və Sumqayıt Dövlət Universitetləridir.

Layihənin məqsədi universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılması fəaliyyətinin dəstəklənməsidir.

2023-cü il ərzində layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb.
2024-cü il ərzində daha 200 nəfərin layihə iştirakçısı olması gözlənilir.

Gənc qızların təhsilinə dəstək layihəsi

Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində regionlardan olan ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən, həmçinin həssas qruplardan olan 25 nəfər qızın  təhsilinə dəstək verilir.

Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində regionlardan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan 25 nəfər qızın  təhsilinə dəstək göstərilir.

Layihənin məqsədi dövlətimizin inkişafında gənclərin, xüsusilə qızların rolunun artırılmasını təşviq etmək, onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır.

Təqaüdçülərin 50 faizi ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 600-dən yuxarı bal toplamış Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, “ADA” universiteti, “Xəzər” universiteti və Bakı Ali Neft Məktəbinin tələbəsidir.