IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu açıq elan edilir

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşkilatçılığı, Hədəf Şirkətlər Qrupunun baş sponsorluğu ilə IV Kitabqurdu Müəllimlərin Oxu Marafonuna start verilir.

Marafonun şərtləri aşağıdakı kimidir:

  • Marafonun keçirilmə müddəti 3 aydır (20 aprel 2024 – 20 iyul 2024). 
  • Marafonda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar iştirak edə bilər.
  • Layihə müddətində 6 kitab oxunacaq.
  • İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq.
  • Oxu müddəti bitəndən sonra qaliblər seçim turu və finaldan ibarət imtahan nəticəsində seçiləcəklər. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq.
  • Birinci imtahan onlayn formada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna vəsiqə qazanacaq.
  • Final mərhələsi təyin olunmuş oyun zalında on nəfər arasında baş tutacaq. 
  • Birinci yer 1000 AZN, ikinci yer 600 AZN, üçüncü yer isə 400 AZN pul mükafatı əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək. 
  • IV Kitabqurdu Müəllimlərin Oxu Marafonunu müddətində oxunacaq kitablar:
  1. Şəmil Sadiq – “İnsan mühəndisi” (Hədəf Nəşrləri)
  2. Nihat Büyükbaş – “Türk təhsili” (XAN Nəşriyyatı)
  3. Rafiq İsmayılov – “Düzgün yazaq” (Altun Kitab Nəşriyyatı)
  4. Rəşad Bayramov – “Sözünə güvən” (Parlaq İmzalar Nəşriyyatı)
  5. Rövşən Abdullaoğlu – “Üzləşmə” (Qədim Qala Nəşriyyatı)
  6. Gülüş Xəlilova – “Günəşə baxmaq” (Libra Kitab Nəşriyyatı)

    Qeydiyyatdan keçmək üçün linkə daxil olmanız (qeydiyyatdan keçəndən sonra “Marafona qoşul” səhifəsinə keçid edərək müvafiq xanaları doldurmağınız xahiş olunur.

    Kitabları endirimlə sifariş vermək və sürətli çatdırılmadan faydalanmaq üçün əlaqə nömrəsi: +994 55 877 24 44

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi elan edilir.

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi elan edilir.

Hakaton formatında keçiriləcək müsabiqənin məqsədi iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarını dəyərləndirməkdir.

Müsabiqənin keçirilmə vaxtı 26–28 aprel tarixləridir.

Müsabiqədə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr iştirak edə bilərlər.

Müsabiqə qaliblərinə I yer üzrə 2000 AZN, II yer üzrə 1500 AZN, III yer üzrə isə 1000 AZN məbləğində mükafat təqdim olunacaq.

Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Müraciət üçün son tarix: 20 aprel

Müsabiqəyə fərdi və ya komanda şəklində müraciət etmək mümkündür. Komandanın tərkibi 10 nəfərdən ibarət olmalıdır.

Fərdi müraciət üçün qeydiyyat linki: https://forms.gle/ariLke23enkgwqTV7

Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA

III Kitabqurdu Yaz Oxu Marafonuna start verilir.  

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Təhsilin İnkişafı Fondu və “SİMART” Sağlam İnkişaf Platformasının təşkilatçılığı ilə III Kitabqurdu Yaz Oxu Marafonuna start verilir.

Marafona 6-10 yaşlı uşaqlar qoşula bilərlər. Daha az yaşı olan uşaqlar isə valideynin tövsiyə və nəzarəti ilə marafona qoşula bilərlər. Kitablar 6-10 yaşlı uşaqlar (ibtidai siniflər) üçün nəzərdə tutulub. İştirakçılar marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdırlar. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq.

İyunun 25-dək təyin olunmuş 6 kitab iştirakçılar tərəfindən oxunmalıdır. İmtahan iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 6 kitab əsasında hazırlanacaq. İmtahanın ilk mərhələsi onlayn qaydada həyata keçiriləcək. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər finala vəsiqə qazanacaq.

Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq. Birinci yeri tutan iştirakçıya 1000 AZN, ikinci yeri tutan iştirakçıya 500 AZN, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikatlar veriləcək.

İştirak etmək üçün oxunmalı olan 6 kitabın siyahısı:

✔ Zahid Xəlil – “Bizim kəndin nağılları”

✔ Amin Sükut – “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”

✔ Xəyalə Murad – “Bir yarpağın arzusu”

✔ Fatimə Alxaz – “Buku, qaranlıq və Toki”

✔ Elgüsel – “Yumağın macəraları”

✔ Sevinc Elsevər – “Novruz nağılı”

Kitabqurdu marafonunun teleqram kanalının linki:

https://t.me/IIIkitabqurdu_marafonu

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tələbə qızlar üçün “Zərif mühəndislər” təqaüd proqramı elan edir

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir.

Layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər Qrupunun xüsusi təqaüdünü almaq imkanını əldə edəcəklər. Təqaüdlə yanaşı, qızlara mentorluq, təcrübə və təlimlər təşkil olunacaqdır.

Namizədlərin seçimi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələsindən ibarət olacaqdır. Seçim zamanı akademik göstəricilər və motivasiya məktubu nəzərə alınacaqdır. Yekun seçimdə müsahibə mərhələsində göstərilən nəticə əsas götürülür. Müsahibə zamanı namizədlərə hədəfləri, sosial vəziyyəti, fəaliyyəti, tələbə həyatı ilə bağlı suallar veriləcəkdir.

Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 05.05.2024-cü il.

Layihəyə kimlər müraciət edə bilər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Azərbaycan Respublikasının elmi-müəssisə və təşkilatlarında əyani təhsilalma forması üzrə 3-4-cü kurs bakalavr və ya hazırda magistr təhsili almalıdır.
  • Qeyd olunan ixtisaslar üzrə təhsil almalıdır.
  • Ali təhsil müəssisəsinin bakalavr pilləsinə minimum qəbul balı 300, magistr pilləsinə isə 60 olmalıdır.
  • Ümumi orta müvəffəqiyyət göstəriciləri 80% -dən yuxarı olmalıdır.
  • Dərsdənkənar fəaliyyətdə aktiv olmalıdır (könüllü, sosial fəaliyyət və s.).
  • Aşağıdakı sosial kriteriyalardan birinə uyğun olmalıdır:
  • Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvü;
  • Valideyn(lər)inin aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
  • I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
  • İşsiz olanlar;
  • İş yeri olmayan və yaşa görə əmək pensiyası alanlar;
  • İş yeri olmayan və yaşa görə sosial müavinət alanlar.

Yuxarıdakı sosial kriteriyalara cavab verən 1-ci kurs magistr tələbələrinin seçimi zamanı qəbul imtahanında toplanılan bal əsas götürülür.

Qeyd: Fondun təşkil etdiyi digər təqaüd proqramından yararlanmış şəxs, bu layihəyə müraciət edə bilməz.

“GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Kapital Bankın, “Azərsun”un və Bir Tələbə Könüllü Təşkilatının dəstəyi ilə “GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsinə start verilir.

Müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur.

Yarışın final mərhələsi 1-2 may 2024-cü il tarixlərində baş tutacaq.

Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.

Qeydiyyat üçün son tarix 23.04.2024-cü ildir.

Bütün ali təhsil müəssisələrinin tələbələrini  müsabiqədə iştirak edə bilər.

Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forum nəşriyyat məhsulları və strategiyalarından, eləcə də nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellərdən ibarət olacaq.

Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu Günü-10 sərgi-yarmarkası təşkil olunacaq.

Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Naşirlərinin I Forumu və Oxu Günü-10 sərgi-yarmarkasının tərəfdaşları Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan”, “Badamlı”, “Oyal”, “Hədəf Group”, “Şərq-Qərb” və “Globalsoft” şirkətləridir.

Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu Günü-10 sərgisində iştirak isə sərbəstdir.

“Maarifçi” tələbə-məzun təcrübə proqramı

“Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. 

“Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. 

 “Maarifçi” proqramında iştirak üçün elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bu sahənin inkişafına töhfə vermək istəyən, ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər. “Maarifçi” proqramı ildə 2 dəfə olmaqla 3 ay müddətində həyata keçiriləcək. Proqram iştirakçılarına gündəlik yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar verilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyinin Aparatı, tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübə proqramı çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.

Proqramda iştirak üçün tələbə və məzunlar 15 dekabradək https://forms.gle/WiQDuwoKVmrc3eSa6  keçidi vasitəsilə müraciət edə bilərlər.

Seçim prosesi ərizə forması, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarətdir. Mərhələlərdən uğurla keçən namizədin ərizə formasında qeyd etdiyi müvafiq struktur bölməyə yerləşdirilməsi nəzərdən keçiriləcək.

Qeyd edək ki, seçim prosesində uğur qazanan IV kurs tələbələri istehsalat təcrübəsini “Maarifçi” proqramında keçdikdən sonra müvafiq sənədlərlə təmin olunacaqlar. III-IV kurs tələbələri tədris müddətində yarım iş günü, məzunlar isə tam iş günü təcrübə prosesinə qoşulacaqlar.

Təhsilin İnkişafı Forumu keçiriləcək

Noyabrın 1-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçiriləcək.

“İnnovasiya ekosisteminin yaradılması”, “Universitet – sənaye tərəfdaşlığı”, “Gələcək üçün təhsil” panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edəcəklər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.

“Təhsildən tərəqqiyə” devizi ilə təşkil olunan forumda iştirakçılarla işgüzar əlaqələrin qurulması, birgə layihələrin planlaşdırılması, həmçinin innovasiya ekosisteminin yaradılması, dövlət – özəl tərəfdaşlığı, təhsil və iqtisadiyyatın inteqrasiyası kimi mövzular üzrə müzakirələr, iştirakçıları maraqlandıran sualların yerli və beynəlxalq mütəxəssislər tərəfindən cavablandırılması əsas hədəflərdəndir.

Təhsilin İnkişafı Forumu “NEQSOL Holding”, bp şirkəti, “SOCAR”, Sumqayıt Texnologiyalar Parkı, “ABB”, “Azersun Holding” və “BestComp Group”-un sponsorluğu ilə həyata keçiriləcəkdir.

Forum haqqında ətraflı məlumatı www.tif.az veb-saytı və fondun sosial media hesablarından əldə etmək mümkündür.

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tələbə qızlar üçün təqaüd proqramı elan edir.

Təhsilin İnkişafı Fondu “NEQSOL HOLDING” ilə əməkdaşlığı çərçivəsində ölkəmizin ali təhsil müəssisələrində bakalavr təhsili alan tələbə qızlar üçün təqaüd proqramı elan edir. Proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər.

Seçim prosesi onlayn müraciət, qiymətləndirmə və müsahibə mərhələlərindən ibarət olacaqdır.

Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə veriləcəkdir. Bütün mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.

Təqaüd proqramı üçün müəyyən edilmiş ixtisas siyahısı ilə buradan tanış ola bilərsiniz.

Bu linkə keçid etməklə proqrama müraciət edə bilərsiniz.

Müraciət üçün son tarix: 22.10.2023-cü il.

Kimlər müraciət edə bilər:

  • Azərbaycan Respublikasının vətəndaşı;
  • Yerli ali təhsil müəssisəsində əyani təhsilalma forması üzrə bakalavr təhsili alan tələbələr;
  • Linkdə qeyd olunan ixtisaslar üzrə təhsil alanlar;
  • Ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 450 bal toplayanlar;
  • Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olanlar,
  • Aşağıdakı sosial meyarlardan birinə uyğun olan şəxslər:
     – ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü;
     – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
     – Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
  • Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
    – I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
    – İşsiz kimi qeydiyyatda olan şəxslər;
    – İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər;
    – İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.

II Kitabqurdu Payız Oxu Marafonuna start verildi

II Kitabqurdu Payız Oxu Marafonuna start verildi. Azərbaycan Nəşriyyatları Assosiasiyası və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı, ASAN Xidmət və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının dəstəyi, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə keçirilən marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafonun keçirilmə müddəti 3 aydır (1 oktyabr 2023 – 1 yanvar 2024). 

2. Marafona 16 yaşdan yuxarı hər kəs qoşula bilər. 

3. Marafon müddətində yalnız seçilmiş 8 kitab oxunacaq.

4. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, imtahan mərhələsi və ümumiyyətlə, marafonla bağlı məlumatlar paylaşılacaq. Teleqram kanalının linki:

https://t.me/kitabqurdumarafonu

5. Oxu müddəti bitəndən sonra qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 8 kitab əsasında hazırlanacaq.

6. Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq. 

7. Birinci yer 3000 AZN, ikinci yer 2000 AZN, üçüncü yer isə 1000 AZN mükafat əldə edəcək. Digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək. 

8. Kitabqurdu I Payız Oxu Marafonu müddətində oxunacaq kitablar:

1. Yunis Orucov, “Boraltan” (MİMTA Yayımları)

2. Elay, “Kolleksioner” (XAN Nəşriyyatı)

3. Rövşən Abdullaoğlu, “Koramal” (“Qədim Qala” Nəşriyyatı)

4. Elçin Əzimli, “Çağrı” (TEAS Press Nəşriyyatı)

5. Pərviz Seyidli, “Məktublar arxasında” (“Parlaq İmzalar” Nəşriyyatı)

6. Kənan Hacı, “Fəna fasiləsi” (“Çapar” Yayımları)

7. XAN, “Sancaqlı kölgələr və Leyla Xuni” (“Strauss” Nəşriyyatı)

8. Arif Əliyev, “Yalama” (“Altun Kitab” Nəşriyyatı)

Kitabları opeativ olaraq onlayn şəkildə bu nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz:

(+994 77) 343 80 22

Marafonun rəsmi instaqram hesabı:

https://instagram.com/kitabqurdu_marafonu?igshid=NzZlODBkYWE4Ng==