13 dekabr 2023-cü il tarixində Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan Bölməsi ilə Təhsilin İnkişafı Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və Beynəlxalq Kouçinq Federasiyasının Azərbaycan Bölməsinin direktoru İlham Musayev imzalayıblar.
BKF Azərbaycan Bölməsinin prezidenti İlham Musayev Federasiya haqqında Fondun nümayəndələrinə geniş məlumat verib. Beynəlxalq Kouçinq Federasiyasının 1995-ci ildə təsis olunduğunu, 160-dan çox ölkə və ərazidə yerləşdiyini bildirən İ.Musayev Federasiyanın dünya üzrə 50000-dən çox üzvü olduğunu, onların etika və səriştənin ən yüksək standartları dəstəklədiyini vurğulayıb. O, BKF Azərbaycan Bölməsinin hal-hazırda ölkədə insan kapitalının üzə çıxarılması, inkişafı və idarə edilməsi prosesində aktiv iştirak etməklə cəmiyyətə öz töhfəsini verməyi hədəflədiyini qeyd edib.
Görüşün yekununda Federasiyanın vitse-prezidenti Xanım Şabanova Fondun rəhbərliyi və əməkdaşları ilə vörkşop keçirib, sualları cavablandırıb.