Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Təhsilin İnkişafı Fondunun qonağı olub.
Görüş zamanı Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond, cari layihələr, qarşıda duran hədəflər, strateji fəaliyyət istiqamətləri və gələcək planlar haqqında rektoru məlumatlandırıb.
Daha sonra, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov universitetin ümumi fəaliyyəti, yerli və beynəlxalq əməkdaşlıqlar barəsində ətraflı məlumat verib. Qeyd edilib ki, turizm sahəsi beynəlxalq aləmdə neft sektorundan sonra ən gəlirli sahə hesab olunur. Azərbaycan digər sahələrdə olduğu kimi, turizm üzrə də dünya miqyasında aparıcı mövqelərdə dayanmağı hədəfləyir, bu istiqamətdə peşəkar kadrların hazırlanması məqsədilə universitet geniş çeşiddə ixtisaslar üzrə təhsili təmin edir, eləcə də müxtəlif layihələr icra edir.
Görüş zamanı Təhsilin İnkişafı Fondu və Azərbaycan Turizm və Menecment Universiteti arasında gələcək əməkdaşlıq perspektivləri və birgə layihələrin icra edilməsi mövzusunda müzakirələr aparılıb.