Fevralın 21-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının İdarə Heyətinin sədri Heydər Eminli Təhsilin İnkişafı Fondunun qonağı olub.
H. Eminli Assosiasiyanın yaradılması, əsas məqsəd və vəzifələri, hədəfləri, fəaliyyət istiqamətləri və gələcək layihələri barədə məlumat verib.
Görüş çərçivəsində həmçinin 2 qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.