Author: sbalazadeh
T-Network
ARTİ
Həmkarlar
Qadın və uşaq
Ali təhsil
Akademik mobillik proqramlarının həyata keçirilməsi
Ali təhsil müəssisələrinin institusional inkişafı
Elmi tədqiqatların aparılması, nəşr və dərsliklərin hazırlanmasına dəstək
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrasında iştirak
Ali təhsil müəssisələri tələbələrinin şəxsi və peşəkar inkişafı
Orta ixtisas təhsili
Təhsil müəssisələrinin institusional inkişafı, idarəetmə və pedaqoji bacarıqların artırılması
Tədris resurslarının hazırlanması və yenilənməsinə dəstək
Orta ixtisas təhsili sahəsində dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi
Orta ixtisas təhsili müəssisələri tələbələrinin şəxsi və peşəkar inkişafı
Ümumi təhsil
Ümumi təhsil müəssisələrinin idarəetmə və pedaqoji bacarıqlarının artırılması
Ümumi təhsil müəssisələrinin infrastrukturunun inkişafı
Tədris resurslarının hazırlanması, yenilənməsi və təminatına dəstək
Dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər
Şagirdlərin fiziki, sosial-emosional və intellektual bacarıqlarının stimullaşdırılması
Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil müəssisələrində idarəetmə və pedaqoji potensialın inkişaf etdirilməsi
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin icrasında iştirak
Valideynlərin məktəbəqədər təhsilin inkişafına cəlb edilməsinə dəstək
“Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu yekunlaşıb
Azərbaycan Gənclər Fondu və Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə“Şuşa İli”nə həsr olunmuş “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu yekunlaşıb.
Forum 5 panel müzakirədən ibarət olmaqla xüsusi mövzuları əhatə edib. Forumda “Münaqişədən sonra bərpa: yenidənqurma, uzlaşma və sülh quruculuğu”, “Münaqişədən sonra statistika sahəsində vəziyyət: məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası”, “Müharibədən sonrakı vəziyyət: Cənubi Qafqaz və digər regionlarda sülh, təhlükəsizlik və sabitlik”, “Davamlı sülh, dayanıqlı inkişaf və əməkdaşlıq”, “Münaqişə zonalarından reportajlar, sülhün bərqərar olmasında medianın rolu” mövzuları üzrə çıxışlar olub və müzakirələr aparılıb.
Forum çərçivəsində noyabrın 26-da tələbələrin Şuşaya 1 günlük səfəri baş tutub. Səfər zamanı tələbələr işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olublar.
Qeyd edək ki, forumda xüsusi komissiya tərəfindən seçilmiş “Beynəlxalq münasibətlər”, “Beynəlxalq hüquq”, “Diplomatiya” və digər əlaqəli ixtisaslar üzrə 30 fərqli ölkədən dünyanın top universitetlərində təhsil alan 40 xarici və 10 yerli tələbə iştirak edib.