Sentyabrın 15-də İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev və məktəbin pedaqoji kollektivi iştirak edib.
İsmayıllı rayonu Sumağallı kənd tam orta məktəbində 12 sinif komplektində 224 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 20 nəfər müəllim məşğul olur. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.
Qeyd edək ki, ötən il bu kiçik kənd məktəbini bitirmiş 2 məzun 650 baldan yuxarı balla ali məktəblərə qəbul olub. Onlardan biri Prezident təqaüdçüsüdür.