Təqaüd proqramlarının iştirakçıları üçün “Akademik və peşəkar ingilis dili bacarıqları” təlimi keçirilib

17 Oktyabr 2025

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yerləşən Dayanıqlı İnkişaf Mərkəzində təqaüd proqramlarının iştirakçıları üçün “Akademik və peşəkar ingilis dili bacarıqları” mövzusunda təlim baş tutub.

Təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilib. Tədbirin məqsədi tələbələrin akademik mühitdə və gələcək peşəkar fəaliyyətlərində ingilis dilində effektiv ünsiyyət, təqdimat, yazı və iş müsahibəsi kimi situasiyalarda özünüifadə bacarıqlarını inkişaf etdirmək olub.

İştirakçılara təlim müddətində akademik yazı üslubu, esse və məruzə hazırlanması qaydaları, eləcə də beynəlxalq əmək bazarında tələb olunan peşəkar kommunikasiya bacarıqları barədə praktiki məlumatlar verilib.

Sonda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirə aparılıb.