“Parla” təqaüd və inkişaf proqramının iştirakçıları “Müsahibə bacarıqları” təlim sessiyasında iştirak edib.
Dinamik və praktik təlim sessiyası “Azerconnect Group”un dəstəyi ilə top menecerlər üçün MBA dərəcəsinə sahib olan Rəna Şərifovanın təqdimatında təşkil olunub. Sessiya gənc qızların real iş imkanlarına daha yaxşı hazırlaşması məqsədilə həyata keçirilən genişmiqyaslı karyera hazırlığı təşəbbüslərinin bir hissəsi olub.
İştirakçılar müsahibələrə inamla yanaşmaq, effektiv təqdimat, ünsiyyət və dinləmə bacarıqları barədə dəyərli bilik və bacarıqlar əldə ediblər.
Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı Təhsilin İnkişafı Fondu tərəfindən NEQSOL Holding ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.