“Maarifçi” tələbə-məzun təcrübə proqramı Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşəbbüsü ilə hayata keçirilir. 3 ay davam edən proqram çərçivəsində “Maarifçi”lər Elm və Təhsil Nazirliyi və onun tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər.
2024-cü il ərzində iki qəbul proqramı həyata keçirilib. I “Maarifçi” tələbə-məzun təcrübə proqramına 1958 nəfər müraciət edib, onlardan 27-si proqramda iştirak hüququ qazanıb. II “Maarifçi” tələbə-məzun təcrübə proqramına isə 2741 nəfər müraciət edib, onlardan 37-si proqramda iştirak hüququ qazanıb.
Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.