Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zərif Mühəndislər” layihəsinin iştirakçıları üçün Baku Design Academy tərəfindən peşəkar Excel təlimlər təşkil olunub.
Təlim zamanı iştirakçılar Excel proqramında məlumatların təhlili və strukturlaşdırılması üzrə dərin biliklər əldə ediblər. Onlara Pivot Table-lardan istifadə, tarix və vaxt funksiyalarının tətbiqi, mətn funksiyaları ilə işləmə metodları öyrədilib. Eyni zamanda, formul və funksiyalarla işləmək, müxtəlif hesablama və analiz üsullarını tətbiq etmək, məlumatları Excel Table formatında səmərəli şəkildə təşkil etmək bacarıqları aşılanıb.
Təlimin məqsədi iştirakçıların analitik düşünmə qabiliyyətini və gündəlik işlərdə məlumatlarla daha effektiv işləmə bacarığını inkişaf etdirmək olub. Praktiki yönümlü tapşırıqlar sayəsində iştirakçılar öyrəndiklərini dərhal tətbiq etmə imkanı qazanıblar.