ELNUR NƏSİBOV
İdarə Heyətinin sədri
Elnur Ramiz oğlu Nəsibov 12 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub.
1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə daxil olub, 1999-cu ildə Beynəlxalq Münasibətlər üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb.
2004-2007-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirib.
2008-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası tərəfindən Siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.
2003-2005-ci illərdə Xəzər Universiteti, 2006-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər nəzəriyyəsi fənnini tədris edib.
Bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən Beynəlxalq Əmək Təşkilatının Azərbaycan və Özbəkistanda yerləşən ofislərində müxtəlif vəzifələrdə çalışıb, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri olub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində Direktor müavini vəzifəsində çalışıb.
2020-2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri olub.
2022-ci ildən etibarən Təhsilin İnkişafı Fondunun sədridir.
İngilis, rus, fransız və türk dillərini bilir.
Evlidir. 3 övladı var.
Xanım Tariyel qızı Daşdəmirova 9 iyul 1988-ci ildə Bakı şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis İqtisadiyyatı və Menecment fakültəsinə daxil olub, 2010-cu ildə bakalavr dərəcəsini, 2013-cü ildə isə Xüsusi İstedadlar Qrupunun Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr dərəcəsini alıb.
2023-cü ildən İngiltərənin York Universitet & Fransanın Strasburq Universitetinin birgə proqramı çərçivəsində Maliyyə ixtisasi üzrə MBA proqramında təhsil alır.
Peşəkar fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Əlaqələr üzrə mütəxəssis kimi başlayıb. Daha sonra Aztexnika Ltd, Amec Foster Wheeler, Wood PLC , və RSM Azerbaijan Consulting Group kimi beynəlxalq şirkətlərdə layihə idarəetməsi sahələrində müxtəlif vəzifələrdə çalışıb.
Layihə və proqram idarəçiliyi sahəsində Project Management Professional (PMP®), Agile Certified Practitioner (PMI-ACP®), Professional Scrum Master (PSM I) və Professional Product Owner (PPO I) sertifikatlarına sahibdir.
2023-cü ildə keçirilən Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibidir.
2023-cü ilin noyabr ayından etibarən Təhsilin İnkişafı Fondunda İdarə Heyəti Sədrinin Müavini vəzifəsini icra edir.
İngilis, rus və türk dillərini bilir.
Ailəlidir, 2 övladı var.
XANIM DAŞDƏMİROVA
İdarə Heyəti sədrinin müavini