1 fevral 2025-ci il tarixində Təhsilin İnkişafı Fondu və “STP Şirkətlər Qrupu”nun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zərif Mühəndislər” təqaüd proqramının iştirakçıları üçün “Qadın mühəndislərin gücləndirilməsi və sənayedə rolu” mövzusunda təlim sessiyası təşkil olunub.
Elxana İsmayılova Mühəndislik üzrə menecer MICE – Member of the Institution of Civil Engineers (İnşaat Mühəndisləri İnstitutunun Üzvü) tərəfindən keçirilən təlim zamanı mühəndislik sahəsində qadınların rolu və önəmi, qadın mühəndislər üçün liderlik imkanları, gender bərabərliyi və iş mühitində qarşılaşılan problemlər, eləcə də qadın mühəndislərin təcrübə hekayələri və qarşılaşdığı çətinliklər müzakirə olunub.
Təlimin sonunda iştirakçılar BOSIET (Basic Offshore Safety Induction and Emergency Training) haqqında video izləyiblər. BOSIET – dənizdə və neft-qaz sənayesində işləyən şəxslər üçün vacib olan əsas təhlükəsizlik və fövqəladə hallar üzrə təlimdir.
Daha sonra təlim iştirakçıları videoda təqdim olunan yanğınsöndürmə və fövqəladə vəziyyətlərə hazırlıq, fövqəladə siqnallar və təxliyə prosedurları, ilkin tibbi yardım və digər təhlükəsizlik tədbirləri barədə müzakirə aparıblar.
Təlim sessiyası, qadın mühəndislərin rolunun gücləndirilməsi, liderlik imkanları və təhlükəsizlik mövzularında faydalı müzakirələrə şərait yaradıb.