Təhsilin İnkişafı Fondu və “Park Bulvar” AVM arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Park Bulvar” AVM-nin direktoru Ali E.Yüksel imzalayıblar.
Müqavilənin məqsədi Azərbaycan Respublikasının təhsil müəssisələrində təhsil alan və TələbəPlus kartları ilə əməliyyat aparan tələbələr üçün “Park Bulvar” AVM və AVM-də yerləşən ticarət obyektlərində xüsusi endirimlərin tətbiq edilməsini təşkil edir.
Məlumat üçün bildirək ki, AVM-də yerləşən 20-dən artıq tərəfdaşla razılıq əldə edilib. Hazırda TələbəPlus kartı vasitəsilə tələbələr “Park Bulvar” AVM-də yerləşən “Park Cinema”, “Sports Cafe”, “İstanbül Köftesi”, “Tusi-Bohm Planetarium”, “AKS Pro”, “Happyland”, “Gallery for kids”, “Lufian” və digər şirkətlərdən endirimlərdən yararlanacaqlar.