6 iyun tarixində “Baku EduEXPO Beynəlxalq Təhsil sərgi-satış yarmarkası”nda iştirak edən şirkətlər ilə Təhsilin İnkişafı Fondu və 4SİM Azərbaycan arasında görüş keçirilib.
Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova, 4SİM Azərbaycanın Rəqəmsal İqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova, KOBSKA Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova və 20-dən çox şirkət nümayəndələri iştirak edib.
Görüş müddətində “Baku EduEXPO Beynəlxalq Təhsil sərgi-satış yarmarkası”nın yekun hesabatı üzərindən rəy və təkliflər dinlənilib və gələcəkdə keçirilməsi planlaşdırılan layihələrdə birgə əməkdaşlıq imkanları müzakirə olunub.