ADA Universitetində 12-ci Karyera sərgisi keçirilib. “İstedadlarla karyera yolları arasında körpü” devizi altında keçirilən sərgidə dövlət və özəl sektordan olan 137 qurum təmsil olunub.
Təhsilin İnkişafı Fondu da baş tutan sərgidə təmsil olunub. Burada tələbələrə Fondda iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün təşkil edilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verilib.
Karyera sərgisi ADA Universitetinin tələbə və məzunları üçün potensial işəgötürənlərlə tanış olmaq, tərcümeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti yaradıb.