Aprelin 23-də Kürdəmir şəhər Heydər Əliyev adına Parkda Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar kitab festivalı keçirilib.
Festivalın keçirilməsində məqsəd şagirdlərin kitaba və bədii qiraətə olan mütaliə marağının artırılmasıdır.
Festivalda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli, Təhsilin İnkişafı Fondunun şöbə müdiri Ramin Cəfərov, regional təhsil idarəsinin struktur bölmə rəhbərləri, məktəb direktorları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və şagirdlər iştirak edib.
Keçirilən festivalda 250-yə yaxın kitab sərgisi keçirilib, əl işləri nümayiş olunub.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində “Hədəf Şirkətlər Qrupu” tərəfindən Təhsilin İnkişafı Fonduna sərgidə iştirak üçün 150 ədəd kitab ianə edilib.
Festival şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.