2 dekabr 2023-cü il tarixində Azərbaycan Texniki Universitetində yerləşən Davamlı İnkişaf Mərkəzində Universitet-Sənaye Tərəfdaşlığına dair Dialoq və Əməkdaşlıq Platformasının növbəti görüşü keçirilib.
Tədbirdə Təhsilin İnkişafı Fondu, İqtisadiyyat nazirliyinin tabeliyində 4SİM Təhlili və Koordinasiya Mərkəzi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Texnologiyalar Parkı, “Code Academy”, “Baku Design Academy” və bir sıra digər dövlət və özəl qurumların nümayəndələri iştirak etmişdir.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bilik və texnologiyanın bir arada biznesə çevrilməsi, inkişaf zənciri haqqında təqdimatla çıxış edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində baş tutan görüşlər və gələcək əməkdaşlıq potensialı haqqında məlumat verib.
Dəyirmi masa və müzakirələr zamanı həm universitet, həm də özəl sektor nümayəndələri yaradılan Platformadan gözləntiləri haqqında fikir bildiriblər.