Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına qəbul elan edilir.
Proqram ali təhsil müəssisələrinin I kursunda bakalavriat səviyyəsində təhsil alan, sosial həssas qrupa aid olan oğlan və qızlara təhsil müddətində dəstək göstərməyi hədəfləyir. Proqram üzrə ixtisas məhdudiyyəti olmadan, müəyyən edilmiş digər meyarlara cavab verən və istənilən ixtisas üzrə təhsil alan tələbələr müraciət edə bilərlər.
Təqaüd proqramı çərçivəsində 20 tələbə seçiləcək və hər bir iştirakçı aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.
Proqrama müraciət etmək istəyən namizədlər aşağıdakı şərtlərə cavab verməlidirlər:
Bundan əlavə, namizəd aşağıdakı sosial meyarlardan ən azı birinə uyğun olmalıdır:
Namizədin hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıdakı kateqoriyalardan hər hansı birinə aid olmalıdır:
Qeyd: Yuxarıda qeyd olunan sosial meyarlara cavab verən I kurs tələbələrinin seçimində qəbul imtahanında topladıqları bal əsas götürüləcək.
Proqrama qəbul onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla, 3 mərhələdə aparılacaq.
Qiymətləndirmə zamanı namizədlərin sosial vəziyyəti, akademik göstəriciləri, və motivasiya məktubu nəzərə alınacaq.
Müsahibə mərhələsində namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbə həyatı və fəaliyyəti ilə bağlı suallar cavablandırılacaq. Yekun seçim zamanı müsahibə mərhələsində göstərilən nəticə əsas götürüləcək.
Bütün mərhələlərdən uğurla keçən 20 tələbə aylıq 200 manat təqaüd əldə edəcək.
Proqrama müraciət etmək üçün linkə keçid edə bilərsiniz.
Son müraciət tarixi: 17 noyabr 2026-cı il
Qeyd: Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət edə bilməzlər.
