“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə və təşkilatın təhsil proqramları üzrə tərəfdaşı Leyla Hacıyeva Təhsilin İnkişafı Fondunun qonaqları oldular.
L.Seyidzadə təşkilatın fəaliyyəti və layihələri barədə ətraflı məlumat verdi. Bildirildi ki, “Women in Tech” təşkilatı Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir.
Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun məqsədləri, fəaliyyət istiqamətləri və gələcək hədəfləri barədə məlumat verdi.
Görüşün gedişatında “Women in Tech” təşkilatı və Təhsilin İnkişafı Fondu arasında qızların təhsilinə dəstək istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olundu.