Logo
  • az
    en
  • Haqqımızda
    Məlumat Vizyon, Missiya və Məqsədlər Dəyərlərimiz Struktur Əlaqə
  • Prioritetlər
  • Layihələr
  • Xəbərlər
  • Sənədlər
    Fərman Nizamnamə
Əlaqə vasitələri və ünvan
+994 12 599-12-09 info@tif.edu.az Fətəli Xan Xoyski, 109, Bakı, Azərbaycan
Sosial şəbəkələr

TİF İdarə Heyətinin sədri Malala Fondunun həmtəsisçisi ilə onlayn görüş keçirib

20 İyul 2022

Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri Elnur Nəsibov Malala Fondunun həmtəsisçisi Ziauddin Yousafzai ilə onlayn görüş keçirib. Görüşün əsas məqsədi əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Görüşdə Z.Yousafzai qurumun yaranma tarixi, məqsədi və icra etdikləri layihələr haqqında məlumat verib.

E.Nəsibov da Təhsilin İnkişafı Fondunun məqsədi, fəaliyyəti, əsas prioritetləri və gələcək planları haqda ətraflı məlumat təqdim edib.

Görüş zamanı Malala Fondu ilə birgə qızların təhsilə inteqrasiyası mövzusunda layihələrin icrasına dair imkanlar barədə danışılıb. Gələcəkdə birgə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Malala Fondu 2013-cü ildə Malala və atası tərəfindən qızların təhsilinin sosial və iqtisadi dəyərini vurğulamaq üçün təsis edilən qlobal Fonddur. Fondun əsas məqsədi bütün dünyada qızların ümumi təhsilə əlçatanlılığı və onların eşidilmə hüququnu təmin etməkdir.

Logo

© 2023 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil İnkişafı Fondunun rəsmi internet saytı.
Müəllif hüquqları qorunur.